İranda Kermanşah əyalətinin Hərsin şəhərində 19 yaşlı qız əmisi oğlu ilə məcburi evlənmək üçün təzyiqlərə məruz qalaraq intihar edib.
Xarici media xəbər verir ki, gənc qız bir müddət öncə ailəsi tərəfindən məcburi olaraq əmisi oğlu ilə nişanlandırılıb.
Daha sonra isə əmisi oğlu onu istəmədiyini deyib və qız bu hadisədən sonra ailəsinin basqılarının artacağını düşünüb.
Nəticədə o, yaşadığı evdə baş örtüyü ilə özünü asaraq həyatına son qoyub.
İranda intihar hadisəsi: 19 yaşlı qız baş örtüyü ilə özünü asdı
