Dünya

“Paşinyan Praqada sənədi imzalayanda Qarabağ məsələsi bağlandı” – Lavrov

“Qarabağın Azərbaycanın tərkibinə daxil olması ilə bağlı qərar ER baş naziri Nikol Paşinyanın birbaşa iştirakı ilə qəbul edilib”. 
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Valday” Beynəlxalq Klubunda jurnalistlərə açıqlamasında deyib.
“İrəvanda bəzən deyirlər ki, 2020-ci ilin noyabrında müharibənin dayandırılması bəyannaməsi imzalananda Putin Paşinyanı Qarabağı Azərbaycana verməyə məcbur edib, bu yalandır. 10 noyabr 2020-ci il tarixli bəyanatda bildirilir ki, Qarabağ Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasıdır. Qarabağın yekun statusu ilə bağlı dialoqun davam edəcəyi ilə bağlı ümumi anlayış var idi. 
Amma 1 ildən sonra baş nazir Paşinyan Praqada keçirilən başqa bir Avropa sammitində sənəd imzalayanda Ermənistan və Azərbaycanın 1991-ci ilin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıdığı elan olundu. Alma Atanın bəyannaməsinə görə, məsələ bağlanıb”, – Lavrov bildirib.
 

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin