Dünya

SSRİ-nin eks-baş naziri 94 yaşında vəzifəsindən istefa verdi

SSRİ-nin keçmiş baş naziri Nikolay Rıjkov Belqorod vilayətinin senatoru vəzifəsindən erkən istefa verib. 
Rus mətbuatı xəbər verir ki, Nikolay Rıjkovun 94 yaşı var və onun səlahiyyətlərinə sentyabrın 25-də vaxtından əvvəl xitam verilib. Müvafiq qərar Rusiya Federasiya Şurasının rəsmi saytında dərc olunub.
Məlumata görə, Nikolay Rıjkov 2003-cü ildən parlamentin yuxarı palatasının üzvüdür. 
Bildirilir ki, Nikolay Rıjkov 1929-cu ildə Donetsk vilayətində mədənçi ailəsində anadan olub. O, 1985-1990-cı illərdə SSRİ Nazirlər Sovetinin sədri vəzifəsini icra edib. 

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin