Hadisə

Bakıda parkda məktəbli tanışını bıçaqladı – TƏFƏRRÜAT

Bakıda söyüşə görə tanışını bıçaqlamaqda təqsirləndirilən 2006-cı il təvəllüdlü Murad Zərbəlizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Murad Zərbəlizadə 6 il azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə ötən ilin iyulunda “Alov” parkında baş verib. Murad Zərbəlizadə “Instagram” sosial şəbəkəsində Fərhad Soltanovla tanış olub. Daha sonra Murad sosial şəbəkədə Fərhadla mübahisə edib. Bundan sonra Murad Fərhadı “Alov”parkına çağıraraq sosial şəbəkədəki mübahisəni davam etdirib. Nəticədə Murad üzərində gəzdirdiyi bıçaqla Fərhadı vurub.
Qeyd edək ki, Murad Zərbəlizadə hadisə baş verən vaxt orta məktəbdə oxuyurmuş.

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.