Cəmiyyət

Qarabağda yayım üçün iki TV-yə lisenziya verildi

Audiovizual Şuranın növbədənkənar iclası keçirilib.
Şuradan verilən məlumata görə, iclasda Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun ərazisində keçirdiyi uğurlu və sürətli lokal antiterror tədbirləri, bu tədbirlərdən sonra bölgədə yaranan vəziyyət, həmin bölgədə yaşayan əhalinin informasiya təminatının yaradılması və bölgənin ümumölkə informasiya məkanına reinteqrasiyasının təmin olunması, habelə lisenziyaların alınması üçün “Baku TV” MMC-nin və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Azərbaycan Respublikası Audiovizual Şurasına müraciətləri müzakirə olunub.
Qarabağ iqtisadi rayonunun ərazisində yaşayan əhalinin obyektiv və operativ informasiya ilə təminatının yaradılmasının təxirəsalınmazlığını nəzərə alaraq Azərbaycan Respublikası Audiovizual Şurası “Baku TV” MMC-yə peyk yayımı həyata keçirən platforma yayımçısı (televiziya redaksiyasının adı “Baku TV”), “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə ümumölkə yerüstü radio yayımıçısı (radio redaksiyanın adı “Azərbaycan Beynəlxalq Radiosu”) lisenziyalarının verilməsi haqqında müvafiq qərarlar qəbul edib.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər