Cəmiyyət

Pensiyalarla bağlı ŞAD XƏBƏR – Nə qədər artım olacağı AÇIQLANDI

Hər ilin yanvar ayında pensiyalardakı artım əvvəlki ildə orta aylıq əməkhaqqındakı artım faizinə uyğun olaraq həyata keçirilir.
Bu barədə trend-in suallarını cavablayarkən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
O qeyd edib ki, bu ilin 7 ayında orta aylıq əməkhaqqı 11,2 fazi artıb.”Bu səbəbdən gözlənti ondan ibarətdir ki, pensiyalar 11 faiz ətrafında indeksasiya olunaraq artırılacaq. Burada bütün növ əmək pensiyalarının artırılmasında söhbət gedir.
Əvvəlki illərdə təxminən 100 minə yaxın vətəndaşımızın əmək pensiyası artırılmırdı. Amma indi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğləri indeksasiya olunaraq artırılacaq.
Artım məbləği fərqli olacaq. Artımlar faizlə hesablandığı üçün bu, pensiya məbləğindən asılı olaraq dəyişəcək. Məsələn, 1000 manat pensiya alanlarda 100 manatdan artıq artım olacaq”, – deyə deputat əlavə edib. Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatda olan 1 milyon 96,6 min nəfər pensiyaçı var.
Bu, ölkə əhalisinin 10,8 faizini təşkil edir. Onların 64,1 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.
Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,2 faiz, bu ilin əvvəli ilə müqayisədə isə 16,9 faiz artaraq, 435 manat təşkil edib.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər