Dünya

Xəzərdə Azərbaycan-İran birgə təlimlərinin keçirilməsi barədə razılıq əldə edildi

Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən “Xəzri-2023” birgə taktiki təlimində müşahidəçi qismində iştirak etmək üçün İran İslam Respublikasının HDQ-nin nümayəndə heyəti Bakıya gəlib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Respublikası HDQ komandanı vitse-admiral Sübhan Bəkirov İran İslam Respublikasının HDQ-nin Əməliyyat Komandanı 1-ci dərəcəli kapitan Məhəmməd Reza Xəzainin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
HDQ-nin qərargahında keçirilən görüşdə “Xəzri-2023” təliminin əhəmiyyəti xüsusi vurğulanaraq gələcəkdə Xəzər dənizində Azərbaycan-İran HDQ-nin də birgə təlimlərinin keçirilməsinin vacibliyi diqqətə çatdırılıb və bununla bağlı ilkin razılıq əldə edilib.
Görüşdə hər iki ölkənin HDQ-ləri arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin