Cəmiyyət

Gəncə terrorunun qurbanı mülki şəhid Tunar Əliyev: Ailəsindən ürəkdağlayan sözlər – VİDEO

Bu gün Vətən müharibəsində Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından üç il ötür.

Ermənilərin atdığı raketlər 2020-ci il oktyabrın 4-də səhər saatlarında Gəncə şəhərində sakinlərin yaşadığı ikimərtəbəli binaya və fərdi yaşayış evlərinə düşüb.

Nəticədə Tunar Qoşqar oğlu Əliyev şəhid olub, digər 32 mülki şəxs isə yaralanıb. Həmçinin mülki infrastruktura və qədim tarixi tikililərə də ziyan dəyib.

Terror qurbanı olan 20 yaşlı Tunarın anası Validə Əliyeva Baku TV-yə həmin dəhşətli gündən danışıb.
“Onunla bərabər hər şeyimi itirdim. Hərbi xidmətdən gəlməyinin bir ili tamam olmamışdı, işə təzə başlamışdı. İş yoldaşları ilə əsgərlərə yardım apararkən yolda terrorun qurbanı oldu”, – deyə şəhidin anası söyləyib.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər