Hadisə

Əməkdar artistin brilyantları oğurlanıb

Əməkdar artist Rühəngiz Allahverdiyevanın brilliantları oğurlanıb. 

Sənətçi bu haqda qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində danışıb. 

R. Allahverdiyeva bildirib ki, oğurluq məsələsi ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət etməyib: 

“Brilliantlarım oğurlanıb. Evimdə nə brilliantlar var idisə, hamısı oğurlandı. O qədər də çox deyildi. Özü də o brilliantları öz zəhmətimlə almışdım. Onları mənə hansısa bir kişi bağışlamamışdı və ya almamışdı. Millətimin toylarına gedib pul qazanıb, qəpik-qəpik yığıb o brillantları almışdım. Oğurluqla bağlı polisə şikayət etməmişəm. O brilliantlarım kimdədirsə, onları rahatlıqla yeyə bilməyəcək”. //Bizim.Media

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.