NASA 2040-cı ilə qədər Ayda ev tikmək planlarını açıqlayıb.
Xarici media bildirir ki, belə bir binada nəinki peşəkar astronavtların, hətta xüsusi hazırlığı olmayan insanların da yaşaya biləcəyi güman edilir.
Layihənin həyata keçirilməsinə 60 milyon dollar ayrılıb.
Evin yaradılması üçün Ay səthinin komponentlərindən hazırlanmış betondan istifadə edilməsi planlaşdırılır. Tikinti 3D çapdan istifadə edilməklə aparılacaq.
Ayda 60 milyon dollara ev tikiləcək
