Sinopda çalışan 37 yaşlı Cihan Karataş öz balıqçı qayığı ilə ova çıxan zaman 5 kiloqram ağırlığında qırmızı balıq tutub.
Dövlət qurumlarından birində çalışan Karataş açıqlamasında “balıq tutmaq mənim üçün bir həvəsdir. Bunun üçün böyük fədakarlıq edirəm. Bağlıq tutmağa gedərkən çox tez yatıram, səhər tezdən qayığın yanına gəlirəm, sonra isə işə gedirəm. Bunun üçün intizamlı yaşamaq lazımdır”, – deyib.
O, bu gün ov zamanı 5 kiloqramlıq qırmızı balıq tutduğunu bildirib. “İndiyə kimi dəfələrlə qırmızı balıq tutmuşam, lakin bu tutduqlarım içərisində ən ağırıdır. Bu balığın əti çox dadlı və keyfiyyətlidir. Bəzən tutduğum balığı satıram, lakin bunu satmaq istəmirəm. Özüm üçün saxlamaq istəyirəm. Nə bilmək olar, bəlkə də hansısa arzumu gerçəlkləşdirəcək”, – deyən məşhur balıqçı zarafatından qalmayıb.
Qızıl balıq tutan ovçu: “Bəlkə də hansısa arzumu gerçəkləşdirəcək”
