Dünya

Dünya bazarında neftin bir barelinin qiyməti 100 dollara çatacaq

Cari ilin sonuna kimi dünya bazarında neftə olan günlük tələbat artaraq 2,44 milyon barelə çatacaq. Gələn ildə isə tələbat daha da artaraq, 2,45 milyon barelə kimi yüksələcək.

AZƏRTAC Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) analitiklərinin hesabatına istinadla xəbər verir ki, OPEC-ə daxil olmayan, lakin neft ixrac edən ölkələr yuxarıda qeyd olunan dövrdə dünya bazarına əlavə olaraq 1,38 milyon barel neft çıxaracaqlar.

OPEC-ın analitikləri bildirirlər ki, hazırda Rusiya və Səudiyyə Ərəbistanı razılaşaraq dünya bazarına ixrac etdikləri neftin həcmini azaldıblar. Bu, bazar iqtisadiyyatının ana xətti hesab edilən tələb və təklif qanununa görə qiymətlərin artmasına səbəb olub. Yaxın həftələrdə neftin bir barelinin qiymətinin 100 dollara çatması proqnozlaşdırılır.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin