Ənənəvi olaraq Monteneqroda “Ən tənbəl vətəndaşlar” üzrə çempionat keçirilib.
Axşam.az xəbər verir ki, 50 gün davam edən yarışda Lidiya Markoviç və Filip Knezeviç finala qalıb. Onlara gün ərzində üç dəfə gündəlik ehtiyaclarını ödəmək üçün 15 dəqiqəlik fasilə veriblər. Filip birincilikdən çəkilərək qalibiyyəti Lidiyaya verib. O, təqribən 1200 saat ona ayrılan yerdə yatıb.
Bununla belə, onlar 1000 avroluq (1790 manat) əsas mükafatı bərabər bölüşdürüblər.