Dünya

“Mançester Siti”nin sahibi Rusiya ilə əlaqələrə görə klubu itirə bilər

“Mançester Siti”nin sahibi Şeyx Mənsur Britaniyanın xarici işlər naziri Ceyms Kleverlinin təşkilatçılığı ilə istintaqa cəlb edilib.
Lent.az “Goal.com” saytına istinadla xəbər verir ki, “vətəndaşların” himayədarı Rusiya ilə əlaqəli olmaqda şübhəli bilinir.
İngiltərə hüquq-mühafizə orqanlarının məlumatına görə, 2008-ci ilin avqust ayından Mançester klubuna sahib olan Mənsur Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra rus maqnatlarına vəsaitlərini İngiltərədən Birləşmiş Ərəb Əmirliklərinə köçürməyə kömək edib.
52 yaşlı şeyx Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidentidir və onun sərvəti təxminən 16 milyard avro qiymətləndirilir. Bu heyrətamiz rəqəm son illərdə “Mançester Siti”nin Premyer Liqadakı üstünlüyünü izah etmək üçün bir yoldur. 
Lakin Britaniya hökumətinin irəli sürdüyü ittihamlar sənədləşdirilərsə, o, klubu itirə bilər.
Premyer Liqanın yeni qaydalarına əsasən, klub sahibləri və direktorlarının cinayət əməllərində yaxud insan hüquqlarının pozulmasında iştirak etdikləri aşkar edilərsə, tutduqları vəzifələrdən uzaqlaşdırıla bilərlər.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin