Dünya

Kadırov Putini mükafatlandırdı

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə Çeçenistan Respublikasının ali mükafatı – Axmat-Xaji Kadırov adına ordeni təqdim olunub.
Bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov özünün “Telegram” kanalında yazıb. 
Onun sözlərinə görə, Putinə bu mükafatın verilməsi haqqında fərman hələ 2007-ci ildə imzalanıb, lakin o, yalnız indi verilib. Kadırov həmçinin Rusiya liderinə dərin təşəkkürünü bildirib.
“Bu, onun səyləri nəticəsində yenidən canlanan bütün respublika sakinləri adından bildirə biləcəyimiz minnətdarlığın yalnız kiçik bir hissəsidir”,- o əlavə edib.
Bu mükafat 2004-cü ildə Çeçenistan prezidentinin xatirəsinə təsis edilib.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin