Hadisə

Azərbaycanda aktyorun çəkilişdən sonra geyimi oğurlandı

Aktyor Mahir Mirişlinin film çəkilişindən sonra şəxsi geyimi yoxa çıxıb. Bu barədə İqtisadiyyat.az-a aktyor özü məlumat verib.
 
O, çəkildiyi filmdə xoşagəlməz hallarla üzləşdiyini söyləyib. Sənətçi ekran əsərinin adını açıqlamasa da, geyiminin itirildiyinə görə təşkilatçıları qınayıb.
 
O, ölkədə bir çox film və teleseriallarda oynayan aktyorların (aktrisa) öz qarderobundan istifadə etdiklərini iddia edib. Bildirib ki, buna etiraz edən aktyorların isə peşəkarlığından, rola uyğun olub-olmamasından asılı olmayaraq film çəkilişlərində yer almasından imtina edilir. 
 
“Həmin filmdə bir epizodda paltarlarım qana (qrim) bulaşmalı idi. Çəkiliş bitəndən sonra geyimlərim kimyəvi təmizləməyə verilməsi üçün çəkiliş heyətində qaldı. Daha sonra onlar geyimlərimi təhvil verəndə gördüm ki, bel kəmərim yoxdur. Artıq bundan sonra hər dəfə paltarlarımı özümlə gəzdirmək məcburiyyətində qaldım”, – deyə aktyor əlavə edib.
 
M.Mirişli həmçinin həmin filmdə qonorarından 125 manat kəsildiyini söyləyib.

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.