Hadisə

İmişlidə yol qəzası oldu – Yaralılar var

İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Unikal” xəbər verir ki, yol qəzası saat 20 radələrində İmişli rayonu Cəfərli kəndi ərazisində qeydə alınıb. Hadisə zamanı Əliqulular kənd sakini, 1989-cu il təvəllüdlü Hümbətov Samir Fazil oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə traktor toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişini Cəfərli kənd sakini Məmmədov Cavad Azad oğlu xəsarət alıb.

Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.