Qubada ölümlə nəticələnən yol qəzası olub.
Hadisə Quba-Xaçmaz yolunun 1-ci kilometrliyində baş verib. Hüseynov Pərviz Eynulla oğlunun idarə etdiyi “Opel” markalı avtomobil ağaca çırpılıb. Nəticədə sərnişin 51 yaşlı Eldarova Xalidə Azər qızı və 22 yaşlı Mirzəyeva Gültəkin qızı xəsarət alıblar.
Sumqayıt şəhər Xəstəxanasına yerləşdirilən 42 yaşlı sürücü isə orada ölüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Qubada maşın ağaca çırpıldı, ölən və yaralananlar var
