Dünya

Zelenskinin İsrailə səfərinə icazə verilmədi

Ukrayna rəhbəri Volodimir Zelenski İsrailə səfəri ilə yenidən medianın diqqətini cəlb etmək niyyətindədir, lakin yəhudi dövlətindən “quru və rəsmi imtina” alıb. 
Bunu Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot  “X” (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Yaxın Şərqdəki dramatik hadisələrdən sonra bütün dünyanın ona (Zelenskiyə) marağını itirdiyi bir vaxtda və onun əks-hücumunun müşahidəçilər tərəfindən “fəlakətli” kimi qiymətləndirildiyi bir vaxtda İsrail indicə onun səfərindən imtina etdi”. – Filippo yazdı.
Onun sözlərinə görə, Ukrayna lideri üçün “hər şey bitdi”, indi o, “hər şeyi buraxıb sülhə razılıq verməlidir”.
Oktyabrın 16-da İsrailin “Ynet” portalı İsrail hakimiyyətinə istinadən Fələstinlə münaqişə səbəbindən  Zelenskinin səfərinin vaxtsız olacağını bildirən bir mesaj yayımlayıb. 
Ukraynanın keçmiş prezidenti Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin qeyd edib ki, İsrail hakimiyyəti Ukraynanın hazırkı lideri ilə ciddi siyasətçi kimi davranmır.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin