25 il Türkiyənin TRT kanalında çalışdıqdan sonra heç bir əsas olmadan işdən çıxarılan jurnalist Elif Akkuş ötən gecə Ankarada saxlanılıb.
Cumhuriyet.com xəbər verir ki, bu barədə onun vəkili Hüseyn Ersöz məlumat yayıb.
Ersözün sosial şəbəkədəki açıqlaması belədir:
“TRT Xəbər müxbiri Elif Akkuş yenicə Ankarada saxlanılıb. Axşam saatlarında İstanbuldakı evində axtarış aparılan, lakin Ankarada olduğu üçün həbs qərarı icra oluna bilməyən Akkuş, Asayiş Mübarizə Şöbə Müdirliyinə çağırılıb. telefonla polis bölməsinə gedərək təslim olub.
İfadə verməyə çağırsanız gələcək olan jurnalist barəsində həbs qərarı alınması üçün heç bir “hüquqi” səbəb ola bilməz. Onu da qeyd edək ki, Akkuşun “Twitter” hesabı bu gün bir neçə dəfə sındırılmağa cəhd edilib”.