Anklara Fələstin-İsrail nizamlanmasında qarantlar sistemi yaratmağı təklif edir.
Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
Bu ideya Fələstin-İsrail razılaşmasının əldə olunacağı təqdirdə, Türkiyə də daxil olmaqla, bir neçə ölkənin məsuliyyətini öz üzərinə götürməsidir.
H. Fidan vurğulayıb: “Qarant ölkələrin mövcudluğu İsrail-Fələstin münaqişəsinin davamlı həllinə nail olmaq üçün həlledici olacaq”.
O, Fələstin dövlətinin yaradılmasına razılıq vermək üçün İsrailə beynəlxalq təzyiqin vacibliyini bəyan edib.
Fidanın sözlərinə görə, Türkiyə və ABŞ arasında bu mövzuda müzakirələr Vaşinqtonun da iki dövlətin – Fələstin və İsrailin birgə yaşaması prinsipinə əsaslanan nizamlanmanın tərəfdarı olduğunu göstərib.
Türkiyəli nazir beynəlxalq ictimaiyyətin İsrail-Fələstin probleminin həllində daha fəal rol oynamasının vacibliyinə işarə edib.
Ankaradan Fələstin-İsrail münaqişəsinə dair təklif gəldi
