Türkiyəli model və aktrisa Özge Ulusoyun atasını vuraraq ölümünə səbəb olan qadın 3 il müddətinə azadlıqdan məhrum edilib.
Xarici media xəbər verir ki, Ulusoyun 73 yaşlı atası, vəkil Haydar Ulusoyu ciplə vuraraq ölümünə səbəb olmaqda təqsirli bilinən Elif Nasır Ankarada keçirilən məhkəmə iclasında mühakimə olunub.
Elif Nasır səhlənkarlıqdan ölümə səbəb olduğu üçün yaxşı rəftarla 3 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Özge Ulusoyun atasının ölümünə səbəb olan qadın mühakimə olundu
