Cəmiyyət

Röya Ayxan “Füzuli Şəhəri Günü”ndə – FOTO

Xalq artisti Röya Ayxan “Füzuli Şəhəri Günü”ndə keçirilən konsertdə səhnəyə çıxıb.

Bir sıra sənətçilərin yer aldığı mühüm tədbirdə estrada ulduzu “İrəvanda xal qalmadı” xalq mahnısını səsləndirib.

Qeyd edək ki, muğam ifaçısı Cabbar Qaryağdıoğlu bu məşhur mahnının həm sözlərinin, həm də musiqisinin müəllifidir. 

Tədbirə özəl hazırlaşan sənətçini milli geyimdə rəqqaslar müşayiət edib.

Röya Ayxan səhnəyə xüsusi libasda çıxıb. Onun geyiminin müəllifi məşhur modelyer Zümrüd Mirzəliyevadır. Göy rəngli uzun libas kələğayı ilə tamamlanıb. Onun üzərində Azərbaycan bayrağının rəngləri – göy, qırmızı və yaşıl rəng əks olunub, paltar özəl olaraq Röya Ayxan üçün hazırlanıb.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər