Hadisə

Bolşevik Anastas Mikoyanın nəticəsi qardaşını və nənəsini ÖLDÜRDÜ

Bolşevik Anastas Mikoyanın nəticəsi nənəsini və qardaşını amansızcasına qətlə yetirib.
Rus mediası xəbər verir ki, hadisə Moskva yaxınlığındakı Kryukovo kəndindəki kottecdə baş verib.
Bildirilir ki, rusiyalı rok musiqiçisi Stas Naminin oğlu Roman Mikoyan qardaşı və nənəsini bıçaqlayaraq öldürüb. Daha sonra o,  könüllü şəkildə polisə  təslim olub. Qətlin səbəbi əmlak ilə bağlı münaqişə olub.
Qeyd edək ki, Rok musiqiçisi, “Tsvetı” rok qrupunun yaradıcısı Stas Namin bolşevik Anastas Mikoyanın oğlu Aleksey Mikoyanın oğludur. Anastas Mikoyan 1918-1920-ci illərdə Azərbaycanda bolşevik fəaliyyəti göstərib, bədnam “26 Bakı komissarları”ndan biri olub, Azərbaycan Xalq Cümhuriyyətinin süqutunda və sovet hakimiyyətinin qurulmasında iştirak edib.

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.