İrəvan Azərbaycan tərəfinin sülh müqaviləsi ilə bağlı təkliflərini alıb.
Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib.
Onun sözlərinə görə, Ermənistan tərəfi hələlik yeni yazılı təklif təqdim etməyib: “Müzakirələr aparırıq, cavab paketini hazırlayarkən Azərbaycan tərəfinin Qranada bəyanatı ilə bağlı ictimai mövqe nümayiş etdirməsini və bu təlimatların onlar üçün məqbul olub-olmadığını gündəmə gətirməsini gözləyirik”.
“Azərbaycanın bununla bağlı ictimai mövqeyini gözləyirik” – Ermənistan XİN
