Dünya

Dehliyə uçan yüzlərlə sərnişin Bakıda yeməksiz qaldı

Toronto-Dehli reysi ilə uçan “Air Canada”nın 300 sərnişini, demək olar ki, bir sutka ərzində Bakı hava limanında yeməksiz və yaşayışsız qalıb. 
Bu barədə “The Times of India” məlumat yayıb.  
Mənbənin sözlərinə görə, texniki nasazlıq səbəbindən təyyarə Azərbaycanın paytaxtında məcburi eniş etməli olub. Yüzlərlə insanın hava limanında yeni təyyarə gözləməyə məcbur olub. Sərnişinlər şirkət nümayəndələrinin pis rəftardan şikayətçi olublar. 
“Air Canada”nın əməkdaşları uçuş zamanı çox kobud davranıblar. Onlar sərnişinlərə təyyarənin hara enəcəyi və onları hansı şərtlərlə gözləyə biləcəyi barədə heç bir məlumat verməyiblər. Xüsusilə azyaşlı uşaqlı qadınlar, qocalar və xəstələrə. Aviaşirkətin işçiləri sərnişinləri hava limanında qoyaraq şəhərdə gecələmək üçün hava limanını tərk ediblər”, – səyahətçilərdən biri Caqdip Beyli bildirib.
Onun sözlərinə görə, sərnişinlərin böyük əksəriyyəti Hindistandandır və dili anlamaqda problem yaşayır.
“Heç bir məlumat və ya yemək verilmədən naməlum hava limanına enmək dəhşətli təcrübədir. Yatmağa getməyə yerimiz yoxdur. Uşaqlı sərnişinlər və əksər yaşlı insanlar narahat stullarda və ya yerdə otururlar, çünki “Air Canada” Azərbaycana elektron viza verə və yaşayış yeri təmin edə bilməyib”, – reysdə olan digər sərnişin Sumanprit Catna bildirib.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin