Azərbaycan və Ermənistanın baş nazirləri Əli Əsədov və Nikol Paşinyan oktyabrın 26-da Tbilisidə keçiriləcək “İpək Yolu” dördüncü beynəlxalq konfransında iştirak edəcəklər.
Xarici KİV xəbər verir ki, baş nazirlər konfransın açılış iştirakçıları sırasına daxil ediliblər. Konfransı Gürcüstanın baş naziri İrakli Qaribaşvili açacaq.
Forumun diqqət mərkəzində iqtisadi əməkdaşlıq məsələləri olacaq.
Əli Əsədov və Paşinyan eyni konfransda iştirak edəcəklər
