Uzun müddətdir xərçənglə mübarizə aparan 66 yaşlı aktrisa Heydi Quinn dünyasını dəyişib.
Xarici KİV xəbər verir ki, bu barədə onun meneceri məlumat yayıb.
Bildirilib ki, aktrisa ötən gün xərçəngə məğlub olaraq vəfat edib.
Heydinin meneceri Alex Irwin mətbuata açıqlamasında onu qeyd edib ki, aktrisa vəfat edən zaman ailə üzvləri onun yanında olub.
Xatırladaq ki, Heydi Quinn “The Windsors” və “The Crown” kimi reytinqli ekran işlərində rol alıb.
66 yaşlı aktrisa xərçəngə məğlub oldu – FOTO
