Dünya

Türkiyə Qəzza xalqı üçün 2 səhra xəstəxanası quracaq

Türkiyənin Qəzzada yaralananlara yardımı çərçivəsində bölgədə iki səhra xəstəxanası qurulacaq. 
Bu barədə Türkyiə Səhiyyə Nazirliyinin Xarici Əlaqələr və Avropa Birliyinin baş direktoru Selami Kılıç deyib. 
Onun sözlərinə görə, Türkiyədən Qəzzaya göndərilən dərman və tibbi ləvazimatları daşıyan ikinci təyyarə Misirin Əl-Ariş hava limanına enib. Kılıç bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı, digər beynəlxalq təşkilatlar və digər ölkələrin tələbləri hələ də yerinə yetirilməyib, ona görə də bölgəyə yalnız Türkiyə qrupları yardım çatdırır.
Türkiyənin Qahirədəki səfiri Salih Mutlu Şen Misir Səhiyyə Nazirliyinin rəsmiləri ilə görüşdüyünü bildirib: “Onlar da Qəzzalı qardaşlarımıza, xüsusilə də uşaqlara, xəstələrə dəstək olmaq üçün ortaq iradə nümayiş etdirdilər. Bu mövzuda bizimlə Misir arasında tam uyğunluq, əməkdaşlıq və həmrəylik var”. 

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin