Cəmiyyət

Arif Babayevə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” təqdim edilib

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli oktyabrın 24-də görkəmli muğam ustadı, bu il anadan olmasının 85 illiyi qeyd olunan Xalq artisti, Prezident təqaüdçüsü Arif Babayevi evində ziyarət edib.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Nazir Arif Babayevin əlamətdar yubileyinin müxtəlif tədbirlərlə qeyd edildiyini deyib, Prezident İlham Əliyevin 21 fevral 2023-cü il tarixli sərəncamı ilə onun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülməsinin sənətkarın fəaliyyətinə göstərilən diqqətin təzahürü olduğunu bildirib.
Sonra dövlət təltifi xanəndəyə təqdim edilib.
Arif Babayev sənətinə verilən yüksək qiymətə və Azərbaycan muğamının inkişafına göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər