Dünya

Həyatını itirən qadının körpəsi ana bətnindən sağ qaldı

Mühasirəyə alınmış Qəzza zolağının cənubunda yerləşən Xan Yunus şəhərindəki Nasser xəstəxanasının həkimləri İsrail bombardmanı nəticəsində ölən ananın bətnindən körpəni xilas ediblər.
 
Xarici medianın xəbərinə görə, xəstəxananın yenidoğulmuşlar şöbəsinin həkimlərindən olan Esad en-Nawaciha verdiyi açıqlamasında hücumlarda həyatını itirən qadının körpəsinin ana bətnindən sağ qaldığını bildirib.
“Ranim Hicazi adlı hamilə qadın Nasser Xəstəxanasına ölü olaraq gətirilib. Döl tibb işçiləri tərəfindən ananın qarnından çıxarılıb və onun sağ olduğu müəyyən edilib. Biz dərhal lazım olanı etdik və onu həyata qaytardıq. O, hazırda küvəzdə saxlanılır”.
Qeyd edək ki, İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 5 mini keçib.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin