Hadisə

Dönərdən zəhərlənən şagirdlərin sayı 24-ə çatdı

Bakıda dönərdən zəhərlənən şagirdlərin sayı 24-ə çatıb. Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına ümumilikdə 24 müraciət daxil olub: “Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 8 uşaq (3-ü ailəsinin intizamnaməsi ilə) ambulator müalicə üçün evə buraxılıb. Hazırda 16 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir”. Qeyd edək ki, uşaqların səhhətləri Elm və Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, eləcə də TƏBİB rəhbərliyinin nəzarətindədir.

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.