Hadisə

Tovuzda qoyun oğrusu tutuldu

Tovuzda mal-qara oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsinə rayonun Azaflı kənd sakininə məxsus tövlədən ümumi dəyəri 7628 manat olan 31 baş xırda buynuzlu heyvanın oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər.Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Nizaməddin Tağıyev maddi sübutlarla birlikdə saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.