Dünya

“Bu vəziyyət Ermənistan üçün ciddi təhlükələr yaradır” – Paşinyan

“Mən Ermənistan Respublikasının ərazisinin 29800 kvadrat kilometr olması ilə bağlı bəyanat verdim, ondan sonra Parlamentin qarşısında çoxminlik nümayiş oldu. Bu barədə Ermənistanın Baş naziri Nikol 2024-cü ilin dövlət büdcəsi layihəsinin məşvərətçi müzakirəsi zamanı çıxışında bildirib.Paşinyan bunu ictimaiyyətin dövlətin beynəlxalq səviyyədə tanınmış ərazisinin böyüklüyü haqqında o qədər də yaxşı təsəvvürə malik olmaması ilə əlaqələndiirb: “Bu, bilik məsələsi deyil, əslində, çəkdiyimiz bütün uğursuzluqların təməl daşıdır. Dağılan dünya düzənində təhlükəsizliyimizi təmin etmək üçün yeganə vasitə vətənin dövlətlə eyniləşdirilməsi, onun ərazisi, beynəlxalq səviyyədə tanınmış sərhədləri, ərazi bütövlüyüdür”. Baş nazir bildirib ki, son iki ildə beynəlxalq vəziyyət xeyli pisləşib: “Nüvə müharibəsi ehtimalı ekspertlər və siyasətçilər arasında ciddi müzakirə mövzusuna çevrilib. Biz yer üzündə qurulmuş dünya nizamının dağılması şəraitində yaşayırıq. Bu vəziyyət Ermənistan Respublikası üçün ciddi təhlükələr yaradır, lakin bu təhlükələrin səriştəli idarə olunması dövlətimiz üçün də eyni dərəcədə ciddi imkanlar yarada bilər.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin