Dünya

Dağıstanda “Telegram”a giriş məhdudlaşdırıldı

Rusiya hakimiyyəti dünənki antisemit iğtişaşların baş verdiyi regionda “Telegram”-a girişi məhdudlaşdırıb. 
APA xəbər verir ki, Rusiya Federasiyasının cənubunda “Telegram”-a girişlə bağlı problemlər barədə məlumatlar bazar günündən bazar ertəsinə keçən gecə yayılıb. 
“Roskomnadzor”un Baş Radiotezlik Mərkəzinin “Problemlərin monitorinqi” xidmətinin məlumatına görə, bazar ertəsi səhərə qədər Rostov-na-Don, Krasnodar, Pyatiqorsk, Volqoqrad və Nalçikdə “Telegram” işləməyib. 
Ölkənin cənubunda “Telegram”a çıxışla bağlı problemlər barədə məlumatlar Brand analitik şirkətinin nasazlıqların monitorinqi xidməti tərəfindən də təsdiqlənib. 
İnformasiya texnologiyaları üzrə ekspertlər Rusiya hakimiyyətinin əvvəllər elan etdikləri texniki bloklama imkanlarından istifadə etdikərini və “Roskomnadzor”un həqiqətən də sosial şəbəkələrə və messencerlərə girişi əngəlləmək iqtidarında olduğunu bildirirlər. 

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin