Dünya

Orhan Pamuk qonşuları ilə məhkəməlik oldu

Nobel mükafatlı yazıçı Orhan Pamuk Cihangirdə 6 mənzilli yaşayış binasının möhkəmləndirilməsi əvəzinə sökülməsini istədiyi üçün qonşuları tərəfindən məhkəməyə verilib. 

“Unikal” Türkiyə mediasına istinadən xəbər verir ki, Cihangirin məşhur binalarından biri olan 18 mənzilli Taray kompleksində yazıçının 6 mənzili var. O, binanın uçma təhlükəsi olması səbəbindən sökülməsini istəyib. Qonşuları isə Pamuka etiraz edərək binanın restavrasiyaya ehtiyacı olduğunu iddia ediblər.

Bu səbəbdən onlar yazıçını məhkəməyə veriblər. 

Qeyd edək ki, Orhan Pamuk 6 mənzilin heç birində yaşamır. Mənzillərdə onun kitabları yerləşdirilib. 

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin