Venesuelalı güllə atıcısı Leonel Martines 40 il sonra Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
60 yaşlı idmançı bu uğura Panamerikan oyunlarında nail olub.
Sonuncu dəfə 1984-cü ildə – 20 yaşı olarkən Olimpiya Oyunlarında iştirak edən atlet Parisdəki turnirə qatılacaq.
Olimpiya Oyunları tarixində ən böyük fasilə yapon idmançı Xirosi Xokesuya məxsusdur. İlk dəfə o, 1964-cü ildə at yarışlarında çıxış etmişdi.
Üstündən 44 il keçdikdən sonra isə yenidən Olimpiya Oyunlarına qatılmışdı.