Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Nizami prospektində qeydə alınıb.
21 yaşlı Zöhrab Hüseynov idarə etdiyi VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən Səbuhi Məmmədovun idarə etdiyi Zil-130 markalı yük avtomobili ilə toqquşub.
Nəticədə sürücü Z.Hüseynov və sərnişini Çingiz Mustafayev xəsarətlər alıb, digər sərnişin Mehdi Qəhrəmanzadə isə hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır.
Gəncədə “Jiquli” yük maşını ilə TOQQUŞDU: ÖLƏN VAR
