Dünya

Quterreş Antarktida ilə bağlı həyəcan təbili çaldı

BMT-nin Baş katibi Antonio Quterreş Antarktidanı iqlim xaosunun yaratdığı buzların əriməsi səbəbindən “yatmış nəhəng” oyanışla müqayisə edib.

Xarici media xəbər verir ki, baş katib əriyən buzaqlarla bağlı həyəcan təbili çalıb. 

“Mən Antarktidadan yenicə qayıtmışam. Yatmış nəhəng iqlim xaosu səbəbindən oyanır. Son məlumatlara görə, sentyabrda Antarktidanın buzlaq sahəsi ilin bu vaxtı üçün orta göstəricidən 1,5 milyon kv. km az olub. Bu da təxminən Portuqaliya, İspaniya, Fransa və Almaniyanın birləşmiş ərazisinə bərabərdir. Bunu hər kəs bilməlidir:  Antarktidada baş verənlər Antarktidada qalmır. Biz bir-biri ilə əlaqəli dünyada yaşayırıq”, – deyə Quterreş bildirib. 

O qeyd edib ki, temperaturun artması nəticəsində buzların əriməsinin nəticələri bütün dünyada sahilboyu yaşayış məskənlərini, həmçinin “qida və su təhlükəsizliyini” təhdid edir.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin