Cəmiyyət

Metroda ölən şəxs azərbaycanlı müğənninin atası imiş – FOTO

Müğənni Çinarə Məlikzadəyə ağır itki üz verib.
Sənətçinin atası Məlik Ağalar oğlu Məlikzadə  bu gün metronun “Nərimanov” stansiyasında dünyasını dəyişib. Bu barədə aparıcı Hacı Nuran Hüseynov məlumat verib.
O sosial şəbəkə hesabında Çinarə ilə fotosunu paylaşaraq atasının vəfatına görə ona başsağlığı verib:
“Bir gün gələr, bir gün köçər bu dünyadan … Olumlu-ölümlü bu dünyadan daha bir ata köçdü … Xətrini dünyalar qədər istədiyim bir insanın müğənni Çinarə Məlikzadənin atası Məlik Ağalar oğlu Məlikzadə (06.06.1962 – 29.11.2023) metroda qəflətən dünyasını dəyişdi”.
Xatırladaq ki, bu gün “Nərimanov” stansiyasında qatardan düşüb stansiyanı tərk edən ahıl yaşlarında kişi sərnişin stansiya vestibülündə özünü pis hiss edib və dünyasını dəyişib.
Bakı Metropolitenindən BAKU.WS-ə bildirilib ki, çağırılmış təcili tibbi yardım xidməti ölüm faktını təsdiq edib.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər