Cəmiyyət

Azərbaycanda yayılan qızılca ilə bağlı XƏBƏRDARLIQ: Ən çox bu şəxslər yoluxur

Ölkə ərazisində qızılcaya yoluxma halları müşahidə edilir. Hazırda yoluxmalar daha çox məktəb və bağça yaşlı uşaqlar arasında üstünlük təşkil edir. Bununla bağlı TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlama verib. Bildirilib ki, xəstəlikdən əsas qorunma üsulu peyvəndlənmədir. TƏBİB rəsmisi bildirib ki, ölkə ərazisində qızılcayla bağlı müraciət edənlərin sayı nəzarət altındadır, kritik həddi keçməyib. Hazırda qızılcaya yoluxanlar arasında məktəb və bağçada oxuyanlar üstünlük təşkil edir.Qeyd olunub ki, hər iki doza peyvənd almış və ya xəstəliyi keçirmiş şəxslərin yenidən vaksin olunmasına ehtiyac yoxdur.Qeyd edək ki, qızılca xəstəliyinə qarşı peyvənd uşaqlara 12 aylığında və 6 yaşında tətbiq olunur. Hazırda ölkəmizdə bütün ailə sağlamlıq mərkəzlərində bu peyvənd mövcuddur və ödənişsizdir.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər