Dünya

“HƏMAS Qəzza zolağında 137 girov saxlayır” – Eylon Levi

“HƏMAS Qəzza zolağında 137 nəfəri – 126 israilli və 11 əcnəbini girov saxlamaqda davam edir”.
Bu barədə İsrail hökumətinin sözçüsü Eylon Levi xarici jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
“HƏMAS hələ də 7 oktyabr hücumunda əsir götürülmüş 137 nəfəri girov saxlamaqda davam edir. Bunlardan 126-sı israilli, 11-i əcnəbidir”, – deyə o bildirib.
Levi qeyd edib ki, HƏMAS hərəkatı tərəfindən qaçırılan 110 girov 86-sı israilli və 24-ü əcnəbi olmaqla, noyabrın 24-dən dekabrın 1-dək humanitar atəşkəs zamanı Qəzza zolağından azad edilib.
“İsrailin HƏMAS-a hərbi təzyiqi sayəsində 110 oğurlanmış şəxs humanitar fasilə zamanı Qəzza zolağından azad edilib. Bunlardan 86-sı israilli, 24-ü isə əcnəbidir”, – hökumətinin sözçüsü əlavə edib.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin