Cəmiyyət

Nazirlər DTX-nin tədbirində

Dekabrın 1-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində DTX-nin Heydər Əliyev adına Akademiyasının (Akademiya) yaranmasının 25 illik yubileyi ilə bağlı təntənəli mərasim keçirilib.”Unikal” xəbər verir ki, tədbirdə hüquq-mühafizə və digər dövlət orqanlarının rəhbərləri, DTX-nin rəhbər heyəti və əməkdaşları, ali təhsil müəssisələrinin rektorları, millət vəkilləri və təhlükəsizlik orqanlarının veteranları iştirak ediblər. Öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.Sonra Akademiyanın 25 illiyinə həsr edilmiş videoçarx nümayiş etdirilmiş, ardınca çıxış üçün söz DTX-nin rəisi general-polkovnik Əli Nağıyevə verilib.Qonaqları salamlayaraq Akademiyanın professor-müəllim heyətinə və kursantlarına təbriklərini çatdıran Xidmət rəisi 25 il bundan əvvəl – 1998-ci il dekabrın 1-də Ulu Öndər Heydər Əliyevin müvafiq Sərəncamı ilə xüsusi xidmət orqanları üçün ali təhsilli kadrların hazırlanması məqsədilə təhlükəsizlik orqanının Akademiyasının yaradılmasının, eləcə də 25 illik yubileyinin məhz Ümummilli Liderin anadan olmasının 100-cü ildönümünün qeyd edildiyi ilə təsadüf etməsinin bu orqanların tarixində mühüm hadisə olduğunu vurğulanıb, hazırda təhsil ocağında Heydər Əliyevin peşəkarlıq məktəbinin və vətənpərvərlik irsinin sadiq davamçılarının yetişdirildiyini diqqətə çatdırıb. Mənalı ömrünün 25 ilini həsr etdiyi təhlükəsizlik orqanları qarşısında Ulu Öndərin əvəzsiz xidmətlərini nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci ilin dekabr ayının 20-də imzaladığı Fərmanla Akademiyaya dahi şəxsiyyət Heydər Əliyevin adının verilməsinin isə təhlükəsizlik orqanlarının tarixinə növbəti əlamətdar hadisə kimi daxil olduğunu qeyd edən general-polkovnik Əli Nağıyev bildirmişdir ki, bu gün DTX-nin və Akademiyanın şəxsi heyəti öz fəaliyyətini Ümummilli Liderin amalları və ideyaları üzərində qurmaqdadır.DTX-nin rəisi Əli Nağıyev Prezident İlham Əliyevin diqqət və qayğısı ilə ötən müddət ərzində Akademiyanın maddi-texniki bazasının təkmilləşdirilməsi, təhsilin müasir tələblərə uyğun şəkildə təşkil edilməsi, çağdaş texnoloji yenilikləri uğurla tətbiq etməklə tədris prosesinin səviyyəsinin yüksəldilməsi yönümündə görülən işlərdən ətraflı danışmış, son illərdə Akademiyanın kursantlarının ölkəmizin aparıcı ali təhsil müəssisələri arasında keçirilmiş müxtəlif bilik yarışlarında ardıcıl olaraq qalib adını qazanmasının qürurverici hal olduğunu deyib.Daha sonra digər qonaqlar da çıxış edərək Azərbaycanda təhsil-tədris sahəsində aparılan islahatlardan, Akademiyanın bu strateji sektorun inkişafına verdiyi töhfələrdən bəhs etmiş, professor-müəllim heyətinə və kursantlara çətin və şərəfli yolda uğurlar arzulayıblar.Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra qonaqlara mədəniyyət və incəsənət xadimlərinin ifasında bədii proqram təqdim olunub.Akademiyanın yaranmasının 25 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər dekabrın 2-də “Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası Ulu Öndər irsinin daşıyıcıdır” adlı elmi-praktiki konfransla davam edəcək.Xidmət rəisi qeyd edib ki, əməliyyat şəraiti baxımından, həmçinin kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi cəhətdən meydana gələn yeni çağırışlar Akademiyada təhsil alan, gələcəklərini təhlükəsizlik orqanları ilə bağlayacaq kursantların öz biliklərini, burada çalışan mütəxəssislərin isə bacarıq və vərdişlərini dövrün tələblərinə uyğun artırmalarını, tədris proqramlarının davamlı yenilənməsini vacib edir və bu istiqamətdə lazımi tədbirlər görülməkdədir. Nazirlər DTX-nin tədbirində – FOTOLARNazirlər DTX-nin tədbirində – FOTOLARNazirlər DTX-nin tədbirində – FOTOLARDigər Xəbərlər2023-12-01 21:20:31Bəzi üçüncü tərəflər bölgədə destruktiv fəaliyyət göstərir -NazirBəzi üçüncü tərəflər bölgədə destruktiv fəaliyyət göstərir – Nazir2023-12-01 20:48:07Nazir Ermənistanın sülhə törətdiyi maneələrdənDANIŞDINazir Ermənistanın sülhə törətdiyi maneələrdən DANIŞDI2023-12-01 18:45:07Cahit Bağçı Azərbaycanatəşəkkür etdiCahit Bağçı Azərbaycana təşəkkür etdi2023-12-01 16:00:08Prezident Kürdüstan lideri Bərzani ilə dəgörüşdüPrezident Kürdüstan lideri Bərzani ilə də görüşdü2023-12-01 15:33:45İlham Əliyev Dubayda Ərdoğanla görüşdü- FOTOİlham Əliyev Dubayda Ərdoğanla görüşdü – FOTO2023-12-01 14:23:32″Ermənistan hakimiyyəti buna görə məsuliyyət daşıyır”- Nazir”Ermənistan hakimiyyəti buna görə məsuliyyət daşıyır” – Nazir2023-12-01 14:04:00Kapital Bank-dan Yeni ilə özəl nağdkredit kampaniyasıKapital Bank-dan Yeni ilə özəl nağd kredit kampaniyası2023-12-01 13:55:00Prezident Lukaşenko ilə görüşdüPrezident Lukaşenko ilə görüşdü2023-12-01 13:51:47İlham Əliyev Dünya İqlim Fəaliyyəti Sammitində- YENİLƏNİBİlham Əliyev Dünya İqlim Fəaliyyəti Sammitində – YENİLƏNİB2023-12-01 11:15:42İlham Əliyev Rumıniya Prezidentini təbrik etdiİlham Əliyev Rumıniya Prezidentini təbrik etdi2023-12-01 10:58:08″Britaniya minaların təmizlənməsi ilə bağlı Azərbaycana dəstək verir”- Səfir”Britaniya minaların təmizlənməsi ilə bağlı Azərbaycana dəstək verir” – Səfir2023-12-01 09:34:04Azərbaycan tərəfi bu sülh prinsiplərini qəbul edib- Ermənistanın XİN rəhbəriAzərbaycan tərəfi bu sülh prinsiplərini qəbul edib – Ermənistanın XİN rəhbəri2023-11-30 23:42:11“Azərbaycan sülh danışıqların ən qısa zamanda bərpasına sadiqdir” -Ceyhun Bayramov“Azərbaycan sülh danışıqların ən qısa zamanda bərpasına sadiqdir” – Ceyhun Bayramov2023-11-30 23:38:13Nazir Ermənistanın aqressivliyinə görə beynəlxalq ictimaiyyətigünahlandırdıNazir Ermənistanın aqressivliyinə görə beynəlxalq ictimaiyyəti günahlandırdı2023-11-30 21:55:22Azərbaycanla ATƏT PA arasında əməkdaşlıq müzakirəEDİLDİAzərbaycanla ATƏT PA arasında əməkdaşlıq müzakirə EDİLDİ2023-11-30 20:47:38Mişustin Əli Əsədovazəng etdiMişustin Əli Əsədova zəng etdi2023-11-30 19:40:08″Rusiya Azərbaycan- Ermənistan münasibətlərinin normallaşmasına töhfə verməyə hazırdır” -Lavrov”Rusiya Azərbaycan- Ermənistan münasibətlərinin normallaşmasına töhfə verməyə hazırdır” – Lavrov2023-11-30 19:25:12Milli Məclis Avropa Parlamenti komitəsinin hesabatlarınıPİSLƏDİMilli Məclis Avropa Parlamenti komitəsinin hesabatlarını PİSLƏDİ2023-11-30 18:15:35Ceyhun Bayramov isveçrəli həmkarı iləmüzakirə apardıCeyhun Bayramov isveçrəli həmkarı ilə müzakirə apardı2023-11-30 17:30:18″Müəllimə qızıl hədiyyəsi vermək ayıbdır”- Emin Əmrullayev”Müəllimə qızıl hədiyyəsi vermək ayıbdır” – Emin Əmrullayev

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər