Dünya

İsrail Müdafiə Qüvvələri HƏMAS komandirini öldürdü

İsrail Müdafiə Qüvvələri (IDF) HƏMAS-ın “Şati” batalyonunun komandirini öldürüb.Bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi “Telegram” kanalında paylaşım edilib.“İsrail Müdafiə Qüvvələri kəşfiyyatının verdiyi məlumata görə, IDF-nin qırıcı təyyarəsi HƏMAS-ın “Şati” batalyonunun komandiri Haytam Huvadcarinin olduğu məkana zərbə endirərək onu öldürüb.Haytam Huvadcarinin komandanlığı altında HƏMAS terrorçuları oktyabrın 7-də İsrailin cənubunda basqın və qırğınlar həyata keçiriblər. Huvadcari, həmçinin, HƏMAS terrorçularının “Şifa” xəstəxanasında fəaliyyətinə də nəzarət edib və Şati bölgəsində IDF əsgərləri ilə döyüşən HƏMAS qüvvələrinə komandanlıq edib.O, eyni zamanda, israillilərə qarşı çoxsaylı terror aktlarının həyata keçirilməsinə görə məsul olan şəxslərdən olub”, – deyə paylaşımda bildirilib.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin