Dünya

Zakir Həsənov Misirə getdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Misir Ərəb Respublikasına səfəri davam edir.Müdafiə Nazirliyindən verilən məlumata görə, “EDEX 2023″ beynəlxalq müdafiə sərgisində iştirak edən general-polkovnik Z.Həsənov İtaliya Respublikasının”Leonardo” şirkətinin, eləcə də Misirin “ARMADA” və “AOI” şirkətlərinin stendlərində təqdim edilən müasir silah və döyüş texnikası nümunələrini maraqla izləyib.Sərgidə müxtəlif ölkələrin şirkətləri istehsal etdikləri hərbi təyinatlı məhsullar barədə ziyarətçilərə ətraflı məlumatlar veriblər.Müdafiə naziri “EDEX 2023” beynəlxalq müdafiə sərgisində nümayiş etdirilən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələrinə, eləcə də Türkiyə Respublikasının “TUSAŞ”, “ROKETSAN”, “ASELSAN”, “SARSILMAZ”, “CANİK”, “BAYKAR” şirkətlərinə məxsus silah, texnika və hərbi təyinatlı vasitələrlə tanış olub.Səfər çərçivəsində general-polkovnik Z.Həsənov şirkət rəhbərləri ilə görüşüb.Görüşlərdə hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı müzakirələr aparılıb.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin