Cəmiyyət

Nağı bəy Şeyxzamanlının gəlini vəfat etdi

Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət orqanı olan Əksinqilab ilə mübarizə təşkilatının rəisi Nağı bəy Şeyxzamanlının gəlini, ABŞ-a köç edən ilk azərbaycanlı ailələrdən birinin övladı olan Solmaz Əlizadə vəfat edib.

Report xəbər verir ki, S.Əlizadə Azərbaycanın tanıdılması, ABŞ-da yaşayan Azərbaycan icmasının birliyi, bötövlüyü və Qarabağ həqiqətlərinin ABŞ icmasına çatdırılması sahəsində əvəzolunmaz fəaliyyətlər göstərib.

O, 2022-ci ildə Prezident İlham Əliyevin təsis etdiyi “Diaspor fəaliyyətində xidmətlərə görə” medalı ilə təltif olunub.

Qeyd edək ki, S.Əlizadə ötən il müsahibəsində ailəsinin Azərbaycandan İrana, oradan isə Türkiyəyə və ABŞ-a uzanan çətinliklərlə dolu həyat hekayəsindən bəhs edib, Şuşaya səfər öncəsi öz təəssüratlarını bölüşüb. Qarabağın azadlığa qovuşduğunu görmək Solmaz xanımın ən büyük arzusu idi.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər