Cəmiyyət

Azərbaycanda xiyarın qiyməti 4 manata qalxdı

10 gün əvvəl kiloqramı 70-90 qəpiyə təklif olunan xiyar ötən şənbə və bazar günlərində 3-4 manata satılıb. Qısa zamanda rekord səviyyədə qiymət artımı təbii ki, müəyyən suallar doğurur.
Kəskin qiymət artımının səbəbləri nədir?
Məsələyə münasibət bildirən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizim.Media-ya açıqlamasında bildirib ki, kəskin qiymət artımının bir sıra səbəbləri var:
“Əsas səbəb odur ki, mövsümlə əlaqədar olaraq açıq havada məhsul yetişdirilməsi başa çatıb. Bunun nəticəsində, bazara daha az məhsul çıxarılıb. Tələb təklifi üstələdiyinə görə də qiymətlər artıb. 
Digər bir səbəb isə Yeni ilin yaxınlaşmasıdır. Bildiyimiz kimi, hər bayram yaxınlaşanda istehlak bazarında qiymət artımları baş verir. Bu dəfə işbazlar bir qədər tələsib. Başqa bir səbəbsə Yeni ilə görə xaricə məhsul ixracının artmasıdır. Bu səbəblərə görə bazarda məhsul qıtlığı yaranıb”.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər