Hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.
Telman Qasımov açıqlamasında bildirib ki, səfər tam məxfi təşkil edilib:
“35 ildən sonra məhləmizə getdim. Evimizə getdim. Çəkilişlər etmişəm. 35 ildən sonra 52 yaşında yenidən evimə qayıtdım. Simvolik olaraq Qərbi Azərbaycana səfər edən ilk azərbaycanlıyam. Çox həyəcanlı idim.
Uşaqlığım İrəvanda keçib. İrəvan mənim ata yurdumdur. Evimə getməyə şansım az idi. Çox xahiş etdikdən sonra icazə verdilər. Səhər saatlarında gediş-gəliş az olduğu üçün o saatları seçdik. Özüm də başqa formada idim. Qapımıza qədər getdim, amma qapını döyə bilmədim”, – deyə o qeyd edib.
Azərbaycanlı hərbi ekspert İrəvandakı evinə getdi
