Ermənistan Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyi ölkələri İqtisadi Şurasının 100-cü iclasına yüksək səviyyəli nümayəndə heyəti göndərməkdən imtina edib.
Belə ki, rəsmi İrəvan “Prezident” hoteldə keçirilən MDB İqtisadi Şurasının yubiley iclasına Belarusdakı səfiri Razmik Xumaryanı göndərib.
Adətən MDB İqtisadi Şurasının tədbirində Ermənistanı Baş nazirin müavini Mqer Qriqoryan təmsil edib. Bu dəfə isə İrəvan tədbirə Belarusdakı səfirini göndərməklə kifayətlənib.
Qeyd edək ki, MDB İqtisadi Şurasının 100-cü iclasında Azərbaycanı Baş nazirin müavini Yaqub Eyyubov təmsil edir. Rusiya tərəfindən isə hökumət sədrinin müavini Aleksey Overçuk iştirak edir.
Xatırladaq ki, Ermənistan bir müddətdir ki, MDB və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tədbirlərində iştirakdan imtina edir.