Dünya

İstanbul derbisi: “Beşiktaş” “Fənərbaxça”ya qarşı

Bu gün futbol üzrə Türkiyə Superliqasında XV turun daha üç oyunu keçiriləcək.

Turun mərkəzi qarşılaşmasında “Fənərbaxça” “Beşiktaş”ın qonağı olacaq. “Tüpraş” stadionunda reallaşacaq İstanbul derbisi Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Görüşü Atilla Karaoğlan idarə edəcək.

Superliqanın XV həftəsinin ilk matçında “Qalatasaray” doğma meydanda “Adana Dəmirspor”u qəbul edib. 3-1 hesabı ilə başa çatan qarşılaşmada “cim-bom” çempionluq yolunda 3 xal qazanıb. Bununla da bir oyun artıq keçirən “Qalatasaray” 40 xalla turnir cədvəlində liderliyə yüksəlib.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin